Gantt şirkəti tələbələrə ödənişsiz Primavera P6 kursu keçdi!

ORACLE PRİMAVERA P6 KURSLARI

Gantt şirkəti Aprel ayında Azərbaycan universitetləri arasında müsabiqə elan etdi. Müsabiqəyə universitetlərin mühəndislik, inşaat, sənaye mühəndisliyi və kompyuter elmləri sahəsində oxuyan 3 və 4-cü kurs 100-ə yaxın tələbə müraciət etdi. Onlar arasında 6 fərqli universitetdən 15 nəfər tələbə müsabiqə əsasında seçildi. Tələbələrə layihə planlama və layihələrin idarə edilməsi üzrə dünyada ən çox istifadə edilən proqramlardan biri, praktiki Primavera P6 proqramı təməl səviyyədə ödənişsiz olaraq öyrədildi. Həmçinin təlim iştirakçılarına layihə planlama, layihələrdə xərclərə nəzarət, layihələrin idarə edilməsi mövzusunda parktiki misallar və məlumatlar verildi. Kursun sonunda tələbələrə Gantt sertifikatı təqdim edildi.

Biz inanırıq ki, bu tələbələr məzun olanda iş dünyasında layihələrdə çalışa biləcəklər və şirkətlərin öz layihələrini daha rahat idarə edilməsində önəmli rol oynayacaqlar. Təlimin sonunda tələbələrdən kurs barədə rəy alındı və tələbələr əla fürsət olduğunu və razı qaldıqlarını bildirdilər.
Qeyd edək ki, biz Gantt şirkəti olaraq tələbələrin bu sahələrdə inkişafı üçün seminarlar və təlimlərin keçirilməsini hədəf qoymuşuq.
Təlim prosesindən görüntüləri aşağıda…

View original post 2 more words

Advertisements

Peşəkar Layihə Planlama Mütəxəssisinin 7 Vərdişi

5

Uğurlu layihə effektiv layihə planlamadan başlayar…
Layihənin qrafikləndirilməsi (project scheduling) layihə idarə edilməsinin ilk işlərindən biridir. Gələcək layihələrinizdə istifadə edə biləcəyiniz 7 planlama və qrafikləndirmə vərdişini aşağıdakı kimi sıralamaq olar:

1. Layihəni komanda ilə birgə planlaşdırın
Komandanızla birgə planlaşdırma etməyiniz, özbaşınıza planlama etməkdən daha effektlidir. Belə olanda bütün layihəyə aid olan əməkdaşların layihə planında rolu və nəticədən məsuliyyəti olur.

2. Layihənin iş həcmini tam əhatə edin
Görəcəyiniz bütün işlər müştərinin gözləntilərini əhatə etməlidir. Layihənin iş həcmini tamamilə əhatə edən görüləcək işlərin siyahısını hazırlayın.
İş ardıcıllığını gözdən keçirin. Əlbəttə ki, evinizin birinci mərtəbəsini tikmədən ikinci mərtəbəsinə başlaya bilməzsiniz. Layihə müddətində paralel edə biləcəyiniz işlər haqqında düşünün. Hansı işlərin başlaya bilməsi üçün hansıların bitməli olduğuna baxın. Saydığımız bu işlər arasındakı asılılığın layihə qrafikləndirmənizdə nəzərə aldığınızdan əmin olun.

3. Görüləcək işləri qruplaşdırın
Bildiyiniz kimi layihə bir sıra mərhələlərdən keçir. Bir ideya ilə başlayır, təhvil verilməyə qədər proqres edərək davam edir və təhvil verilmə mərhələsinə gəlir. Bu mərhələlər layihə qrafikləndirmənizdə göstərilməlidir.

4. Əsas mərhələləri (milestones) yaradın
Layihə planınıza əsas mərhələləri daxil etməyiniz, ölçülə bilən hədəf olduğuna görə layihə komandasının daha yaxşı fokuslana bilməsinə və daha çox motivasiyasına səbəb olar. Əsas mərhələlər müəyyən mərhələlərin tamamlanmasını ifadə edir. Bir çox hallarda müştəri ilə ödəniş razılaşmaları əsas mərhələlərə əsasən olur. İşgörənin hədəflədiyi tamamlanmalı işlər olur və layihənin proqresini ümumi olaraq bu mərhələrə baxmaqla bilmək mümkündür. Layihəni izləmək də rahat olur. Məsələn inşa etdiyiniz gəmidirsə, gəmiyə mühərrikin qoyulması bir əsas mərhələ və gəminin suya salınması daha bir əsas mərhələ sayıla bilər.

5. İşlərin müddətini təxmin etmək üçün vaxt ayırın
Hər bir işin müddətini (saat və ya gün) təxmin edəndə həmin sahənin mütəxəssislərinin təcrübəsindən istifadə edin. Çünki işi ən yaxşı bilənlər həmin sahənin mütəxəssisləridir. Planlama yekunlaşanda əlaqəli bütün şöbələrin və mütəxəssislərin müddətlə bağlı razılığını alın ki, daha sonra anlaşılmazlıq və narazılıq yaranmasın.

6. İnsan resurslarını planlayın
İndi sizin layihə qrafikləndirməniz hazırdır və resurslarınızı planlamanın vaxtıdır. Resursları planlayarkən iş normaları (KPI) nəzərə alınmalıdır. Əvvəlki layihələrdə onlar işləri necə görüblər, performansları necə olub?
Resurs planlama ediləndən sonra konfliktlərin, iş yüklənməsinin olub olmadığı yoxlanmalıdır. Planlama proqramları (Primavera P6, Ms Project və s.) buna imkan verir ki, hansı tarixlərdə hansı resurslardan nə qədər planlanıb, yüklənmə varmı, yoxmu? Və varsa necə həll edə bilərik kimi suallara cavab tapa biləsiz.
Həmçinin layihə təqviminin düzgün təyin edilməsi də vacibdir. Layihə müddətindəki iş günləri, iş saatları, bayram günləri əlbəttə ki, nəzərə alınmalıdır.

7. Layihənin proqresini periodik yeniləyin
Layihə qrafikinizi periodik olaraq layihə komandanızla proqresi müəyyən edərək yeniləyin. Hansı işlərin başlayıb – başlamadığını, proqresin nə qədər olduğunu müəyyən edərək qrafikləndirmənizə daxil edin. Layihə planlaşdırma və qrafikləndirmə mütəxəssisi olaraq layihə menecerini layihənin statusu ilə bağlı məlumatlandırmaq, bu sizin məsuliyyətinizdir.

Keyfiyyətli layihə planlama və qrafikləndirmə layihə uğurunun təməlidir. Planlama və qrafikləndirmənin daha real olması üçün layihə komandanızla birgə işləyin.

Oxudunuz. Təşəkkürlər!

 

 

100 ilin GANTT hekayəsi

detailplanning

Gəlin bir az keçmişə gedək. 100 il əvvəl, ABŞ. Birinci Dünya müharibəsi təzə sona çatmışdı…

Polkovnik Con Tomson tərəfindən ABŞ üçün vacib hərbi ixtira edildi. Buna görə mükafatlananda o Henry Gantt-a diqqət çəkdi. Öz layihəsinin uğurlu olmasının səbəb kimi GANTT qrafikləndirməsini göstərdi. O demişdi ki, GANTT qrafiki mənim kompasım oldu.

henri-gantt-2-728

Henry Gantt mühəndis və menecment konsultant idi. 1915-ci ildə öz GANTT metodunu yaratmışdı.  İşlərin başlama və başa çatma vaxtını  vizual göstərən qrafik növü idi. Bu qrafiklə işlərin müddətini təqvim cədvəlində horizontal və vizual olaraq görə bilirik.

gantt-chart

Hansı ki, son bir əsrdir layihə idarəetmə, planlaşdırma və qrafikləndirmədə ən uğurlu üsul sayılır. Bu üsul zaman keçdikcə bir-birinin ardınca uğurlu layihələrdə istifadə olundu.

Əlbəttə ki, həmin dövrdə hələ personal kompyuterlər kəşf edilməmişdi. 1980-cı ildən kompyuterlərin və proqram təminatların inkişafından sonra Gantt qrafikli planlaşdırma proqramların istifadəsi başlandı və layihə menecerləri və planlaşdırma mütəxəssislərinin effektivliyini artırdı.

what-is-gantt

Hal-hazırda Gantt metodu layihələrin mərhələlərini və fəaliyyətlərini vizual olaraq göstərə bilən ən vacib texnika halına gəlib. Ən faydalı layihə idarəetmə üsuludur. Əgər istənilən ölçüdə olan layihənizi planlıyırsızsa və ya icrasını kontrol edirsizsə GANTT qrafikinə ehtiyacınız olacaq.

Təşəkkür edirəm.

Microsoft Project-in Layihə Planlaşdırmada Rolu

21660_d701_3-1

…Microsoft Project layihə planlaşdırma və idarə edilməsində istifadə olunan dünyanın ən məşhur proqramlarından biri, bir Microsoft məhsuludur. Bu proqram layihə menecerləri üçün dizayn edilib. Layihə rəhbərləri, layihə mühəndisləri və planlaşdırma mütəxəssisləri bu proqramla plan hazırlıyır, görüləcək işlərə resurslar təyin edir, proqresi izləyir, büdcəni idarə edir və adam başına düşən iş yükünü analiz edə bilir.

Microsoft Project layihənin kritik yolunu yarada bilir, hansı ki, layihə müddətinə birbaşa təsir edir və kritik yolu bir zəncir kimi Gantt qrafikində göstərə bilir. Biz bununla layihə müddətinə təsir edən birinci dərəcəli işləri vizual olaraq görə bilirik. Bəs Gantt qrafiki nədir?…

blog_2012_02_08_projmgmt1-1

Henry Gantt tərəfindən 1910-15 ci illərdə hazırlanıb. İşlərin başlama və başa çatma vaxtını göstərən qrafik növüdür. Bu qrafiklə işlərin müddətini təqvim cədvəlində horizontal və vizual olaraq görə bilirik. Onu da qeyd edək ki, son bir əsrdə hazırlanan ən yaxşı metoddur.

Ms Project-də resurslar ( insan, avadanlıq və materiallar) layihədə mövcudluğa görə paylaşdırılır. Çünki hər resursun özünün ayrı təqvimi ola bilər və bir resurs bir neçə fəaliyyət üçün istifadə oluna bilər.

agenda-153555_960_720

Fəaliyyətlərə təyin edilmiş resurslara əsasən layihə büdcəsi formalaşır. Microsoft Project-də hesabatlar formasında həm büdcəni, həm resursları həm də görülən işləri analiz etmək olur.

529009098

Əlbətdə ki, layihə uğuru üçün Microsoft Project kimi planlaşdırma proqramları əsas faktordur. Məşhur bir sitatda deyildiyi kimi: planlaşdırmada uğursuzluq, uğursuzluğu planlaşdırmaqdır.

Təşəkkür edirəm.

PRİMAVERA ilə Layihə Planlaşdırmanı kimdən öyrənməliyəm?

867366528

…4 il əvvəl Layihə planlaşdırma üçün Primavera proqramını öyrənməyi düşünürdüm və mentor axtarırdım. Dürüst və təcrübəsi olan biri olmalıydı. Araşdırdım. Bu bloq yazısında adını çəkəcəyim Mentoru tapdım…

Nəyə görə Azərbaycanda planlaşdırma mütəxəssislərinə ehtiyac artır? bloq yazısında qeyd etdiyimiz kimi“Daha yaxşı nəticələr, daha yaxşı planlaşdırmanın meyvələridir” 

Bəs daha yaxşı planlama üçün PRİMAVERA nədir və kimdən öyrənməliyik?…

qısa olaraq vacib məsələni deyim:

 Böyük və ya kiçik müəssisələrdə planlaşdırma üçün istifadə oluna bilən profesional layihə idarəetmə və planlaşdırma proqramlardan biridir.

İnşaat, mühəndislik kimi sahələrdə geniş istifadə olunur…

when-do-i-need-to-apply-for-planning-permission-first

…Layihə planlaşdırma, büdcələmə və resursların planlaması işini görür.

canstockphoto16285513

Belə bir söz var: “fürsətlər hazır olanlar üçündür”, tələbə hazır olanda müəllim gələr. Müəllim gəlir. Həm də bütün qazandığı bilik və praktiki həllərlə dolu alət çantası ilə. Planlaşdırma sahəsində 9 ildən çox təcrübəsi olan Mikayil Rəhimov. Əgər hazırsınızsa bu fürsət sizin üçündür. Daha ətraflı məlumatı bu işin USTAsından əldə edə bilərsiz. BP, AMEC, Azfen, Bos Shelf, Akkord əməkdaşları üçün təlimlər keçib. Sahib olduğu təcrübə və texniki bilikləri sizinlə bu yaxınlarda başlayacaq olan təlimdə paylaşacaq.

Təlimin tərkibi: Primavera P6 ilə  layihə idarə edilməsi və planlaşdırılması

Kimlər üçün faydalı olar:

-planlama və büdcəyə nəzarət mühəndisləri, layihə rəhbərləri və onların köməkçiləri…

-sənaye mühəndisliyi, memarlıq və inşaat və digər texniki fakultə məzunları…

coffee-can-improve-energy-levels-and-make-you-smarter-2

Bu yaxınlarda Azərbaycana gələcək dünyanın top 5 təlimçilərindən biri olan Brian Tracy çox gözəl demişdi: “Karyeranızın hər mərhələsində özünüzə Mentor tapın, hansıki sizə bələdçilik edəcək və məsləhət verə biləcək biri.”

Təlimə qeydiyyat linki: Primavera P6 Təlimi

Təşəkkür edirəm.

Dijital ekranın mavi işığını söndürməyin 3 səbəbi + 1 vasitəsi

picture6

…Günlərin bir günü qardaşım uşaqları Rəsul və Rəşidi görmək üçün getmişdim. Telefonumu istədilər və mənim üçün bu mövzu gündəmə gəldi…

Picture8.jpg

…ABŞ-da uşaqların çoxu gündə 3 saat TV izləyir. Buna kompyuter, tablet və mobil telefon əlavə etsək rəqəm  5-7  saata qədər artır. Düşünürəm ki, bu göstərici təxminən ölkəmizdə də belədir. Nəyə görə uşaqların statistikasını qeyd etdik? Çünki uşaqlar dijital ekran və mavi işığa qarşı daha həssasdır.

picture2

Vəziyyəti başa düşürük; dijital vasitələr bizim effektivliyimizin və həyat keyfiyyətimizin ayrılmaz parçası halına gəlib. Bəs bu bizə nə qədər baha başa gəlir? Əgər bir məsələni unutmamağımızı istəyirəmsə, o da: elektron ekranlar təkcə bizi özünə bağlı və yorğun etmir, həmçinin onlar bizim sağlamlığımıza çox zərərli təsirlər edir…

…Dijital ekranların və mobil telefonların çoxu mavi işıq saçır. “Harvard Sağlamlıq Nəşriyyatı“-na görə mavi işıq yuxu hormonu olan melatonin balansını pozur və bu da bizim  bioloji saatımıza, yuxu cədvəlimizə təsir edir və keyfiyyətli yuxu ala bilmirik. Yuxusuzluq yaddaş zəifliyi və öyrənmə çətinliyinə səbəb olur. Mavi işıq kortizol hormonu balansına zərərli təsir göstərir, hansı ki, əsəb sistemimizə və qərarvermə mexanizminə birbaşa təsiri var. Bəs mobil telefonda mavi işığı necə azalda bilərik?

picture5

Həlli: BlueLight Filter proqramıdır.

Bu mobil tətbiqi istifadə etməyimin 3 səbəbi:

-daha çox kitab oxumaq

-daha yaxşı yuxu

-göz sağlamlığı

Bu proqramdan sonra mobil telefonumdan istifadə edərək sadəcə yollarda 7+ kitab oxumuşam. Yəni ki, xeyrini görmüşəm :). Çünki bu proqramı aktiv etdiyinizdə, telefonu kitabı oxuma vasitəsi kimi istifadə edə bilərsiz ( məsələn “kindle” əvəzi).

Xülasə etsək; mavi işığı telefonumuzdan “filter” etmək yaxşıdır yuxu üçün, yaxşıdır gözü qorumaq üçün və yaxşıdır kitab oxumaq üçün.

picture7

Bəzilərinə görə mükəmməl gün “arzularla yuxuya gedib, məqsədlərlə oyanmaq” sayılır. “İnsan gözü haqqında heyran edici 8 fakt!”  adlı yazımızda da qeyd olunduğu kimi, gecə ən son və səhər ilk gördüyümüz mavi ekranla günün yaxşı keçməsinə çətinlik yarada bilər.

gÖzünüzə yaxşı baxın 🙂